"Messinin Amerikada oynaması heyrətamizdir" - Liqa rəhbəri
04 mart 2023 17:37 (UTC +04:00)

"Messinin Amerikada oynaması heyrətamizdir" - Liqa rəhbəri

0

Amerika Futbol Liqasının rəhbəri Don Qarber Fransanın “PSJ” klubunun hücumçusu Lionel Messinin “İnter Mayami”yə keçməsi ehtimalını şərh edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, liqa rəhbəri futbol tarixində bəlkə də ən xüsusi oyunçudan danışıldığını qeyd edib:

“Onun İnter Mayamiyə mümkün keçidi ilə bağlı şayiələr yayılıb. Bu, əladır. Əgər transfer baş tutsa, MLS üçün, Messi və ailəsi üçün heyrətamiz olardı. Və hamımız bu fürsətdən istifadə etməyə çalışacağıq. Daha çox təfərrüat verə bilmərəm, çünki əlavə məlumatım yoxdur”.

35 yaşlı Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, hazırki klubunun müqaviləni uzatmaq təklifini rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1803

Oxşar yazılar