Messi PSJ-nin bu təklifini rədd etdi
04 mart 2023 15:00 (UTC +04:00)

Messi PSJ-nin bu təklifini rədd etdi

0

PSJ-nin hücumçusu Lionel Messi Fransa klubunun müqavilənin uzadılması ilə bağlı ilk təklifini rədd edib.

Lent.az xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.

Nəşrdə bildirilir ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından öncə tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gəlsələr də, Messi PSJ-nin təklifini rədd edib. Parislilər argentinalıya təklifi bir həftə əvvəl göndərsələr də, təklif olunan maaş onu qane etməyib.

PSJ Messiyə maliyyə problemləri olduğu üçün daha aşağı maaş səviyyəsində müqavilə təklif etmək məcburiyyətində qalıb.

Messinin PSJ ilə 2021-ci ildə imzaladığı hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6088

Oxşar yazılar