PSJ-nin argentinalı ulduzu Lionel Messi haqqında gözlənilməz açıqlama verilib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 34 yaşlı dünyaca məşhur ulduzla bağlı bu açıqlama gündəmi silkələyib.
2022-ci il dünya çempionatının seçmə oyunlarında Venesuelanı qəbul edəcək Argentinada baş məşqçi Lionel Skaloni Lionel Messi ilə bağlı diqqətçəkən açıqlamalar verib. PSJ-də xoşbəxt olmadığı iddia edilən təcrübəli futbolçu ilə bağlı bu açıqlama ictimaiyyətdə çaşqınlıq yaradıb.
Uzun illər “Barselona”da oynadıqdan sonra mövsümün əvvəlində Paris klubuna keçərək böyük sürpriz edən Lionel Messi fransız azarkeşlərin tənqid hədəfi olub.
Çempionlar Liqasının 1/4 finalında “Real”a məğlubiyyətdən sonra tribunalar Neymar və Messini fitə basıb. Fransa mətbuatı 34 yaşlı argentinalı ulduzun PSJ-dən ayrılmaq istədiyini iddia edib.
34 yaşlı ulduz futbolçu bu mövsüm 26 matçda meydana çıxıb. Təcrübəli futbolçu 7 dəfə rəqibin qapısına qol vurub. Lionel Messi komanda yoldaşlarına 11 məhsuldar ötürmə edib.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının seçmə mərhələsində Venesuela ilə oyundan əvvəl diqqətçəkən açıqlamalar verib.
Argentina milli komandasından ayrılması gözlənilən ulduz futbolçu ilə bağlı "Messi Argentina xalqı qarşısında son matçını keçirə bilər" deyib.