PSJ-nin hücumçusu Lionel Messi Fransa klubuna Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə cavab oyununa çıxıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, beləliklə, argentinalı bu turnirdə 150 oyunda ilk dəqiqələrdən meydana çıxan 3-cü futbolçu kimi tarixə düşüb.
Yeri gəlmişkən, rekordçu Çempionlar Liqasının 178 oyununda start heyətdə meydana çıxan Kriştiano Ronaldodur.