Messi  ad günündə   het-trik etdi
25 iyun 2023 16:15 (UTC +04:00)

Messi ad günündə het-trik etdi

0

Argentinalı futbolçu Lionel Messi keçmiş komanda yoldaşı Maksi Rodriqeslə vida oyununda het-trik edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, görüş iyunun 24-də Rosarioda baş tutub. Messi meydana komanda əfsanələrindən ibarət Argentina millisinin tərkibində daxil olub. Həmin gün 36 yaşı tamam olan hücumçu yalnız ilk hissədə oynayıb.

Rodriqes bütün oyunu meydanda keçirib. İlk yarıda o, milli komandada, ikinci hissədə Messi ilə birgə yetişdiyi “Nyuells Old Boyz”da çıxış edib. 70 dəqiqə davam edən görüş 7:5 hesabı ilə "Nyuells"in xeyrinə başa çatıb. Oyunu 40 min tamaşaçı izləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1925

Oxşar yazılar