Mbappe qol sayına görə  onlara çatdı
23 noyabr 2022 12:07 (UTC +04:00)

Mbappe qol sayına görə onlara çatdı

0

Fransa yığmasının və PSJ-nin dünya çempionu olan 23 yaşlı hücumçusu Kilian Mbappe dünya çempionatında vurduğu qolların sayına görə ölkə millisinin sabiq futbolçuları Zinəddin Zidan və Mişel Platiniyə çatıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, dünya çempionatının qrup mərhələsinin ilk turunun oyununda Avstraliya yığmasına vurduğu qol (4:1) Mbappe üçün mundialda 5-ci olub.

Mbappe dünya çempionatı tarixində 24 yaşa qədər iki fərqli dünya çempionatında qol vuran dördüncü oyunçu olub. Mbappedən əvvəl belə nəticəyə yalnız ingilis Maykl Ouen, braziliyalı Pele və Tostao nail olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2182

Oxşar yazılar