PSJ-nin hücumçusu Kilian Mbappe tezliklə klubu ilə müqaviləsini uzada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzun danışıqlardan sonra tərəflər müqaviləni uzatmağa yaxındırlar.
Avqustun 13-də PSJ futbolçunun əsas komanda ilə məşqlərə qayıtdığını açıqlayıb.
Mbappe 2017-ci ildən parislilərin heyətində çıxış edir. Ümumilikdə o, klubda 261 oyun keçirib, 213 qol vurub və 98 məhsuldar ötürmə edib.