Mbappe “Bavariya”ya  üçdən çox qol   vurmağı planlaşdırır
06 mart 2023 11:39 (UTC +04:00)

Mbappe “Bavariya”ya üçdən çox qol vurmağı planlaşdırır

0

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə cavab oyununda het-trik edəcəyinə söz verib.

Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

“Bavariya üçün 202, 203 və 204 nömrəli qolları saxladımmı? Daha da çox! Biz ora növbəti mərhələyə çıxmaq üçün gedirik, əzmkarıq, inam qazandıq və indi qalib gəlməliyik!”, - futbolçu vurğulayıb.

Xatırladaq ki, görüş martın 8-də Münhendə keçiriləcək. Bakı vaxtı ilə 23.00-da başlayacaq.

İlk oyunda "Bavariya" səfərdə 1:0 hesablı qələbə qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1957

Oxşar yazılar