Mbappe 50 milyon maaş və  120 milyon bonus   istəyir 
07 fevral 2024 11:25 (UTC +04:00)

Mbappe 50 milyon maaş və 120 milyon bonus istəyir 

0

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bir sıra şərtlərə uyğun olaraq onunla maraqlanan klublarla danışıqlara hazırdır.
Lent.az bildirir ki, bu barədə “El Larguero” xəbər verir.

Mənbənin sözlərinə görə, fransalı hücumçu 50 milyon avro maaşa sahib olmaq və həmçinin 120 milyon avro imza bonusu almaq istərdi. Mbappenin hazırkı mərhələdə hələ heç kimlə razılığa gəlmədiyi qeyd olunur.

Xatırladaq ki, əvvəllər Kilianın “Real”a keçməyə yaxın olduğu haqda məlumat yayılmışdı. Bildirilib ki, fransalı Madriddə harada yaşayacağına artıq qərar verib.

Bu mövsüm 24 yaşlı hücumçu PSJ-nin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

Nüfuzlu “Transfermarkt” internet portalı Mbappenin bazar dəyərini 180 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5497

Oxşar yazılar