"Mançester Yunayted"in keçmiş hücumçusu  lüks təyyarəni   göstərdi
28 iyun 2023 15:39 (UTC +04:00)

"Mançester Yunayted"in keçmiş hücumçusu lüks təyyarəni göstərdi

0

"Mançester Yunayted"in keçmiş hücumçusu Odion İqalo Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçən futbolçuları gözləyən dəbdəbədən danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İqalo 2021-ci ildən Səudiyyə Ərəbistanında oynayır: nigeriyalı hücumçu “Əl-Hilal”a keçməzdən əvvəl “Əl Şabab”a qoşulub. O, ötən mövsüm 19 qolla divizionda üçüncü yeri tutub.

İqalo azarkeşlərə komandanın səfər oyunlarına necə getdiyini göstərib. 220 milyon dollar dəyərində olan “Boeing 747-400” təyyarəsini komandanın böyük pərəstişkarı olan səudiyyəli milyarder şahzadə Əl-Valid bin Talal kirayələyib.

Təyyarədə əvvəlcə 400 oturacaq var idi, lakin lüks əşyalar üçün yer açmaq üçün bunlar dəyişdirilib. Onlara yeməkxana və qızıl taxt daxildir.

Hücumçu təyyarənin interyerini nümayiş etdirib və kabinədə də görünüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2823

Oxşar yazılar