"Mançester Yunayted" rəhbərliyi klubun baş məşqçi postunu tərk edən norveçli Ole-Qunnar Sulşerə əvəzləyici axtarır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “qırmızı şeytanlar” bu postda Maurisio Poçettinonu görmək istərdi. Bununla belə, mankunianlılar anlayırlar ki, yaxın gələcəkdə PSJ-ni çalışdıran mütəxəssisi şirnikləndirə bilməyəcəklər.
“Sky Sports” "Real”dakı işi ilə tanınan fransalı mütəxəssis Zinəddin Zidanın bu vəzifəyə əsas namizədlərin adını açıqlayıb. Bundan əlavə, hazırda “Lester Siti”də işləyən Brendan Rocer və “Ayaks”ın baş məşqçisi niderlandlı Erik ten Haqanı da namizdlər sırasındadır.
Sulşerin vəzifədən getməsi noyabrın 21-də məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, rəhbərlik komandanın son çıxışlarından məyus olan Portuqaliya yığmasının lideri Kriştiano Ronaldonun da əhval-ruhiyyəsini nəzərə alaraq mütəxəssislə ayrılmaq qərarına gəlib.
“Uotford”a 1:4 hesablı məğlubiyyət Sulşer üçün son oyun olub. Oyundan sonra mankunianlıların rəhbərliyi fövqəladə iclas keçirib və iclasda çalışdırıcının uzaqlaşdırılmasına qərar verilib.
Sulşer “Mançester Yunayted”in keçmiş oyunçusdur. O, 2018-ci ilin dekabrında kluba rəhbərlik edib. Sonra baş məşqçi vəzifəsinə icraçı kimi təyin olunub. 2019-cu ilin martından norveçli daimi əsasda komandaya rəhbərlik edir.