“Mançester Yunayted” Meyson Maunt üçün üçüncü rəsmi təkliflə çıxış edəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Mançester Yunayted” 55 milyon funt-sterlinqdən çox təklif edəcək.
Mənbələr hesab edir ki, bu, son həftələrdə rədd edilən iki təklifdən sonra sonuncu olacaq.
“Mançester Yunayted” problemin tez həllini istəyir. Şəxsi müqavilə artıq razılaşdırılıb.
"Çelsi" daha əvvəl "Mançester Yunayted"dən 40 milyon funt-sterlinq və 45 milyon funt sterlinq+5 milyonluq iki təklifi rədd etmişdi. London klubu yarımmüdafiəçi üçün 60+5 milyon funt-sterlinq tələb edir.
Maunt ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.