"Mançester Yunayted" Harri Keynin mümkün transferdən imtina edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, mankunianlılar “Tottenhem”in direktorlar şurasının sədri Daniel Levi ilə çətin danışıqlar perspektivinə görə ingilis hücumçu ilə müqavilə imzalamaq imkanından imtina etmək qərarına gəliblər.
“Yunayted” yay transfer pəncərəsinin sonuna qədər uzana biləcək danışıqları riskə atmamaq və bunun əvəzinə “Napoli”dən Viktor Osimhen və “Yuventus”dan Duşan Vlahoviçi hücumu gücləndirmək üçün alternativ variantlara diqqət yetirmək qərarına gəlib.