“Mançester Yunayted” bu göstəriciyə görə ilk ingilis klubudur
13 dekabr 2023 18:08 (UTC +04:00)

“Mançester Yunayted” bu göstəriciyə görə ilk ingilis klubudur

0

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Bavariya”ya uduzub (0:1).

Lent.az xarici mediaya istinadən bildirir ki, beləliklə 16 xal toplayan “Bavariya” birinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb.  A qrupunun digər komandaları “Kopenhagen” 8 xalla ikinci , 5 xalla “Qalatasaray” üçüncü olub. “Mançester Yinayted” isə 4 xalla sonuncu yeri tutub.

Çempionlar Liqasının qrup mərhələsini 4-cü yerdə başa vuran sonuncu Premyer Liqa klubu 2012/13 mövsümündə “Mançester Siti” olub. Bundan əvvəl, 1995/96 mövsümündə “Blekbern” də oxşar şəkildə fərqlənib.

“Mançester Yunayted” üçün bu, Çempionlar Liqasının qrup mərhələsində ikinci belə uğursuzluqdur. “Mançester Yunayted” 2005/06 mövsümünü də dördüncü yerdə başa vurub. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4072

Oxşar yazılar