“Mançester Siti”nin Qvardioladan sonrakı baş məşqçisi o olacaq
11 noyabr 2022 19:17 (UTC +04:00)

“Mançester Siti”nin Qvardioladan sonrakı baş məşqçisi o olacaq

0

“Mançester Siti” rəhbərliyi Pep Qvardioladan sonrakı baş məşqçisini müəyyənləşdirib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, ispaniyalı mütəxəssisin gedişindən sonra onu həmyerlisi əvəzləyəcək.

“Şəhərlilər” Qvardiola ilə mövsümün sonuna qədər olan müqavilə müddətini 2025-ci ilin yayınadək uzatmaq niyyətindədir. Ancaq həmin vaxtdan sonra bu posta hazırda “Arsenal”ı çalışdıran Mikel Artetanın təyin olunması planlaşdırılır. Bununla bağlı Arteta da artıq məlumatlandırılıb.

Qeyd edək ki, 2019-cu ildən “Arsenal”ı çalışdıran Mikel Artetanın londonlularla sözləşməsi 2025-ci ilə qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2475

Oxşar yazılar