"Mançester Siti" yüksək maaşla  onu klubda saxlayır
11 mart 2023 15:13 (UTC +04:00)

"Mançester Siti" yüksək maaşla onu klubda saxlayır

0

“Mançester Siti” argentinalı hücumçusu Julian Alvares ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Lent.az xarici mediaya istinadla bildirir ki, “şəhərlilər” müqavilənin müddətini uzatmaq üçün gələn həftə hücumçu ilə danışıqların yeni mərhələsini keçirməyi planlaşdırır. “Mançester Siti” Alvaresə 2028-ci ilə qədər daha yaxşı maliyyə şərtləri ilə yeni müqavilə təklif etdiyi üçün müqavilənin o vaxt bağlanacağı gözlənilir. Maraqlıdır ki, futbolçunun hazırkı müqaviləsi cəmi bir il az, 2027-ci ilə qədər nəzərdə tutulub.

23 yaşlı Alvares bu mövsüm “Mançester Siti”nin heyətində 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3002

Oxşar yazılar