Fevral ayından iyun ayınadək icarə əsasında "Konyaspor"da oynayan Mahir Emreli Türkiyə təmsilçisində 2022/2023 mövsümünün ən zəif futbolçusu seçilib.
Lent.az “SofaScore”a istinadən xəbər verir ki, müqavilə ilə "Dinamo"ya (Zaqreb, Xorvatiya) məxsus Azərbaycan millisinin hücumçusunun çıxışı 6,46 reytinq xalı ilə qiymətləndirilib. Bu da "Konyaspor"da ən pis göstəricidir.
Reytinqə braziliyalı sol cinah müdafiəçisi Gilyerme başçılıq edib. O, 7,24 xalla qiymətləndirilib.
Mahir Emreli “Konyaspor”un heyətində 12 oyunda 2 qol vurub.