Mahir Emreli əvəzləndi, komandası heç-heçə oynadı
13 mart 2022 06:11 (UTC +04:00)

Mahir Emreli əvəzləndi, komandası heç-heçə oynadı

3

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti oyununu keçirib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya çempionatının “Hayduk”la matçında iştirak edib.

Start heyətində yer alan Mahir 56-cı dəqiqədə əvəzlənib. O, bu dəfə də “Dinamo”dakı qol hesabını aça bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 25 matçda 53 xal toplayan “Dinamo” çempionatın lideridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2260

Oxşar yazılar