“Liverpul” rəsmi saytında daha əvvəl Almaniyanın “Ştutqart” klubunda çıxış etmiş yarımmüdafiəçi Vataru Endonun transferini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeni klubu üçün 30 yaşlı yaponiyalı futbolçu üçüncü nömrə altında çıxış edəcək. Endonun “Liverpul” klubu ilə müqaviləsinin müddəti açıqlanmasa da, müqavilənin uzunmüddətli xarakter daşıdığı qeyd edilir.
Endo 2019-cu ildən “Ştutqart”da çıxış edir. Alman klubu onu Belçikanın “Sent Truiden” klubundan 1,7 milyon avroya alıb. İnsayder Fabrizio Romanonun sözlərinə görə, “Liverpul” yapon futbolçunu 18 milyon avroya transfer edib. Eyni zamanda, Endonun “Transfermarkt” internet portalında bazar dəyəri 6.5 milyon avro olaraq qiymətləndirilir.
Bu mövsüm Endo Almaniya kubokunda “Ştutqart”ın heyətində çıxış etməyi bacarıb və 1 qol vurub.
