“Liverpul” 2000-ə,  Salah ilkə imza atdı
13 mart 2022 04:28 (UTC +04:00)

“Liverpul” 2000-ə, Salah ilkə imza atdı

0

“Liverpul” Premyer Liqada 2000-ci qolu vurub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bu, “Brayton”la qarşılaşmada baş verib.

2:0 hesablı qələbə qazanan liverpulluların ikinci topu yubiley xarakteri daşıyıb. Bu qola Məhəmməd Salah imza atıb.

Mersisaydlılar “Mançester Yunayted”dən sonra 2000 qol səddini aşan ikinci komanda olub. Mançesterlilər 2173 dəfə fərqlənib.

Salah həm də mövsümdə 20-ci qolunu vurub. O, Premyer Liqada 4-cü dəfə mövsüm ərzində 20 və daha çox qol vurur.

Misirli Premyer Liqada bunu bacaran 6-cı futbolçudur. O, buna “Liverpul”un heyətində nail olan ilk oyunçudur. Alan Şirer 7, Serxio Aquero 6, Tyerri Anri 5, Harri Keyn 5, Ruud van Nistelroy 4 mövsümdə 20 və daha çox qola imza atıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar