Liberiya prezidentinin oğlu  "Yuventus"da oynayacaq
01 iyul 2023 19:58 (UTC +04:00)

Liberiya prezidentinin oğlu "Yuventus"da oynayacaq

0

23 yaşlı yarımmüdafiəçi Timoti Vea “Lill”dən “Yuventus”a keçib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Fransa klubu hücumçuya görə 10,3 milyon avro təzminat alıb. Veanın “Yuventus”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Fransa çempionatının son mövsümündə Vea 29 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunu 14 milyon avro qiymətləndirir.

Timoti Vea əvvəllər “Milan”da oynamış hazırda Liberiya prezidenti olan Corc Veanın oğludur. Timoti Vea əvvəllər “Seltik” və “Paris Sen-Jermen”də çıxış edib. Qətərdə keçirilən dünya çempionatında Vea ABŞ milli komandasının heyətində oynadığı dörd oyunda bir qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3380

Oxşar yazılar