Robert Levandovski
03 mart 2022 05:40 (UTC +04:00)

Robert Levandovski

Levandovskiyə daha bir müştəri

0

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski daha bir klubun maraq dairəsinə düşüb.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, “Arsenal” hücumçunun xidmətində maraqlıdır.

“Bavariya” Robertlə müqaviləni uzatmaq barədə danışıqlar aparmır. Anlaşması 2023-cü ilin yayında başa çatacaq hücumçu şərtlərə yenidən baxılmasını istəyir. Levandovski təklifləri müzakirə etməyə hazır olduğunu da açıqlayıb. “Arsenal” da bu durumdan yararlanmaq fikrindədir.

Qeyd edək ki, polşalı “Mançester Siti” və “Atletiko”nun da maraq dairəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2279

Oxşar yazılar