Kral futbolçularla klip çəkdirib milliyə dəstək oldu -  VİDEO
17 noyabr 2022 14:53 (UTC +04:00)

Kral futbolçularla klip çəkdirib milliyə dəstək oldu - VİDEO

0

Belçikada uzun müddətdir ki, beynəlxalq titul gözləyirlər, lakin dünya reytinqində liderlərdən biri olan komanda heç bir şəkildə azarkeşlərini sevindirə bilmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dünya çempionu kuboku uğrunda növbəti yarışdan əvvəl komandanı ölkə kralının özü - Filip dəstəkləmək və ruhlandırmaq qərarına gəlib.

Belçika Futbol Federasiyası monarxın rol aldığı “Qırmızı şeytanlar” dünya çempionatının başlamasına həsr olunmuş videoçarx yayıb.

Videoda milli komandanın baş məşqçisi Roberto Martinez kral sarayına baş çəkir və ölkə monarxı Filiplə görüşür və o, ona deyir: “Bu, şeytanların vaxtıdır!”.

Bundan sonra monarx milli komandanın məşqinə gəlir. O, Kevin De Bruyneyə xüsusi göstəriş verir, həmçinin qolunda Dünya Kuboku və yazısı olan döyməni - "Belçika 2022" göstərir.
 

Kral futbolçularla klip çəkdirib ölkə millisinə dəstək oldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2134

Oxşar yazılar