Konte qayıtdı:   Əməliyyatdan sonra
07 mart 2023 16:42 (UTC +04:00)

Konte qayıtdı: Əməliyyatdan sonra

0

"Tottenhem"in baş məşqçisi Antonio Konte öd kisəsini çıxarmaq üçün əməliyyat olunandan sonra komandaya qayıdıb.

Lent.az bildirir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi vətənində, İtaliyada reabilitasiya tədbirləri keçirirdi.

Xatırladaq ki, martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Tottenhem” doğma meydanda İtaliyanın “Milan”ını qəbul edəcək. İlk görüş “rossoneri”nin xeyrinə başa çatıb (1:0).

26 oyundan sonra Kontenin yetirmələri 45 xalla Premyer Liqanın turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1862

Oxşar yazılar