Konfrans Liqasında mövsümün son püşkü atıldı
18 mart 2022 18:17 (UTC +04:00)

Konfrans Liqasında mövsümün son püşkü atıldı

0

Bu gün Konfrans Liqasında növbəti püşkatma mərasimi baş tutub.

Apasport.az saytının məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirinin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

Mərasim İsveçrənin Nyon şəhərində təşkil olunub. Kubok yolunu davam etdirən 8 komanda dörd cütlüyü müəyyənləşdirib. Həmçinin yarımfinalın mümkün cütləri və finalın nominal meydan sahibi bəlli olub.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal aprelin 28-də və mayın 5-də, Albaniyanın paytaxtı Tiranada baş tutacaq final mayın 25-də keçiriləcək.

Konfrans Liqası
1/4 final

1. “Bodo Qlimt” (Norveç) - “Roma” (İtaliya)

2. “Feyenoord” (Niderland) - “Slaviya” (Çexiya)

3. “Marsel” (Fransa) - PAOK (Yunanıstan)

4. “Lester” (İngiltərə) - PSV (Niderland)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2006

Oxşar yazılar