“Kəpəz” qayıdış planına start verdi
16 mart 2022 14:38 (UTC +04:00)

“Kəpəz” qayıdış planına start verdi

0

2022/23 mövsümündən Premyer Liqaya qayıdacaq “Kəpəz” heyətin formalaşması üçün işlərə başlayıb.

Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi elita təcrübəsi olan bir neçə futbolçunu yayda heyətinə cəlb edəcək.

Nicat Qurbanovla ilkin anlaşma əldə edən bölgə klubu, xüsusən də, digər komandalarda stabil oyun şansı əldə etməyən oyunçularla güclənməyi düşünür. “Kəpəz”in növbəti mövsüm müdafiə xətti “Səbail”in üzvü Məhəmməd Mirzəbəyov, “Keşlə”nin arxa xətt oyunçuları Kərim Diniyev və Tərlan Quliyev kimi oyunçulardan qurula bilər. Çünki gəncəlilər adıçəkilən hər üç futbolçunu Gəncəyə aparmaq niyyətindədir. Həm Məhəmməd, həm Kərim, həm də Tərlan yayda azad agent statusu alacaq.

Həmçinin vaxtilə ölkəmizdə AZAL və “Səbail”də çıxış etmiş türkmənistanlı yarımmüdafiəçi Elman Taqaev də “Kəpəz” üçün Azərbaycana qayıda bilər. 33 yaşlı hücumameyilli oyunçu hazırda ölkəsinin “Ahal” klubunun formasını geyinir.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada Tərlan Quliyev 15, Məhəmməd Mirzəbəyov 13, Kərim Diniyev isə 4 oyun keçirib. Quliyevin aktivində 1 qol var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2087

Oxşar yazılar