İranda qadınların stadionda futbola baxmasına icazə verildi
30 iyun 2023 19:15 (UTC +04:00)

İranda qadınların stadionda futbola baxmasına icazə verildi

1

İranın Ali Milli Təhlükəsizlik Şurası qadınların futbol stadionlarında olmasını təsdiqləyib, 

Lent.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bildirib.

İran Futbol Federasiyasının rəhbəri həmçinin idman radiosunda qadın idmanına həsr olunmuş xüsusi kanalın fəaliyyətə başladığını elan edib.

Xatırladaq ki, 1979-cu il İslam İnqilabından əvvəl iranlı qadınlar stadionda sərbəst şəkildə oyunları izləyə bilirdilər. Lakin bundan sonra onlara kişilərin iştirak etdiyi stadionda yarışlara baxmaq qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2266

Oxşar yazılar