İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, buna “Lester”in futbolçusu Ceymi Vardi imza atıb.
35 yaşlı hücumçu “Bernli” ilə qarşılaşmada 2:0 hesablı qələbəyə bir qolla töhfə verib. Bu, veteran forvardın 30 yaşını tamamlayandan sonra Premyer Liqada vurduğu 94-cü qoldur.
Vardi bununla da “Arsenal” və “Vest Hem”də oynamış İan Raytın rekordunu qırıb. Sonuncu 30 yaşından sonra 93 dəfə fərqlənib.
“Qoca bombardirlər”in siyahısında “üçlüy”ü Alan Şirer qapayır. “Nyukasl”ın sabiq forvardı yubileyindən sonra 84 dəfə rəqib qapısına yol tapıb.