İlin ƏN MƏHSULDAR  futbolçusu
03 may 2022 10:52 (UTC +04:00)

İlin ƏN MƏHSULDAR futbolçusu

0

2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, ilin ilk 4 ayı ərzində bütün yarışlarda ən çox qol vuran futbolçular yer alıb.

İFFHS-in cədvəlinə ən azı 12 dəfə fərqlənən 44 oyunçu daxil edilib. Kərim Benzema siyahıya lideridir. O, Fransa millisi və “Real”da 22 qol vurub.

Onun yığmadakı komanda yoldaşı, PSJ-nin hücumçusu Kilian Mbappe də 22 dəfə fərqlənib. Lakin beynəlxalq matçlarda daha az qol vurduğundan ikinci sıradadır.

İlk “üçlüy”ü Robert Levandovski qapayır. Polşa millisinin və “Bavariya”nın üzvü 20 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1581

Oxşar yazılar