Yekaterina Ryabova
26 mart 2022 09:14 (UTC +04:00)

Yekaterina Ryabova

İdmançımız dünyada 9-cu oldu

0

Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Fransanın Monpelye şəhərindəki yarışın üçüncü günü qadınların sərbəst çıxışları ilə başa çatıb.

Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxışı 122,98 xalla qiymətləndirilib. O, iki proqramın yekununda 188,50 xal yığıb.

Ryabova bu nəticə ilə dünya çempionatını 9-cu yerdə başa vurub. Qısa proqramda 9-cu olan konkisürənimiz mövqeyini qoruyub.

Qeyd edək ki, martın 26-da kişilərin sərbəst proqramında daha bir təmsilçimiz Vladimir Litvintsev buz üzərinə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1485

Oxşar yazılar