40 yaşlı futbolçu karyerasını tezliklə bitirmək fikrində deyil.
Lent.az-ın məlumatına görə, “La Gazzetta dello Sport” xəbər verir ki, unikal isveçli “Milan” ilə müqaviləsini uzatmağa yaxındır.
Ulduz hücumçu ilə "rossonerlər" arasında danışıqlar qış transfer pəncərəsindən dərhal sonra başlayacaq. İsveçlinin "Milan"la yeni müqaviləsinin 2023-cü ilin yayına qədər olacağı gözlənilir.
Xatırladaq ki, İbrahimoviçin hazırkı müqaviləsi 2022-ci il iyunun 30-da başa çatır.
Qeyd edək ki, veteran forvard “Milan”da ən çox maaş alan futbolçudur. Onun illik maaşı 7 milyon avrodur.
Zlatan bu mövsüm “Milan”ın heyətində 8 oyunda 3 qol vurub.
Klub bossları İbrahimoviçin nəticələrindən razıdırlar və isveçlinin özü də vəziyyəti dəyişmək fikrində deyil.
Ancaq Zlatanın əsas motivatoru onun arzusudur - gələn ilin noyabrından dekabr ayına kimi Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında oynamaq istəyir.
Amma bunun üçün İsveç millisi pley-off mərhələsindən keçməlidir. İbrahimoviç diskvalifikasiyaya görə ilk pley-offu buraxacaq.