Hindistanlı milyarder “Çelsi”ni istəyir
09 mart 2022 04:16 (UTC +04:00)

Hindistanlı milyarder “Çelsi”ni istəyir

1

İngiltərənin “Çelsi” klubunun daha bir potensial müştərisi bəlli olub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, hindistanlı milyarder Vivek Ranadive İngiltərə klubunu almağa qərar verib.

Milli Basketbol Assosiasiyasında (MBA) “Sakramento”nun sahibi olan biznesmen Roman Abramoviçin satmaq istədiyi London təmsilçisinə müştəri olub. 64 yaşlı asiyalı alqı-satqı ilə bağlı təklif göndərməyə qərar verib.

Qeyd edək ki, Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2391

Oxşar yazılar