Dayverson
28 noyabr 2021 18:01 (UTC +04:00)

Dayverson

Heç vaxt belə şey görməmisiniz: futbolçu hakimin toxunuşundan sonra “zədələndi”

0

“Palmeyras” və “Flamenqo” komandaları arasında keçirilən Libertadores Kubokunun finalında unikal hadisə baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu hakimə görə qırmızı vərəqə qazanmağa çalışıb.

Görüşün əlavə vaxtının son saniyələrində “Palmeyras”ın futbolçusu Dayverson “Flamenqo”nun futbolçusu ilə nəsə bölüşməyəndə, hakim münaqişənin alovlanmasına imkan verməyib və dərhal futbolçuları ayırıb.

Dayverson təbəssümlə sahənin ortasına qaçıb, lakin kürəyində bir toxunuş hiss edib və ağrıdan qıvrılaraq çəmənliyə yıxılıb.

Futbolçu itələyənin rəqibi olduğunu düşünüb və onun üçün cəza alacağına ümid edib. Amma məlum olub ki, onun kürəyinə vuran hakim imiş.

Dayverson hakimin meydandan kimisə qovulmasını xahiş etməyə müvəffəq olmayıb və həqiqətən də bu sirkə görə heç kim cəzalandırılmayıb. Baxmayaraq ki, futbolçu özü belə davranışına görə ən azı “sarı vərəqə” almalı idi.

“Palmeyras” 2:1 hesabı ilə qalib gəlib və 95-ci dəqiqədə qələbə qolunu məhz Dayverson vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1784

Oxşar yazılar