FİFA prezidentinə qarşı  istintaq dayandırıldı
09 mart 2023 17:19 (UTC +04:00)

FİFA prezidentinə qarşı istintaq dayandırıldı

0

İsveçrə Baş Prokurorluğu (OAG) Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Cani İnfantino ilə bağlı 2017-ci ildə Surinamdan İsveçrəyə şəxsi təyyarə ilə uçmasına görə istintaqı dayandırıb.

“FIFA İsveçrə Baş Prokurorluğunun (OAG) FIFA prezidenti Canni İnfantinoya qarşı istintaqı bağlamaq qərarını alqışlayır. OAG həmçinin prezident dəftərxanası və FİFA turizm departamenti tərəfindən həyata keçirilən səfərin təşkilatın qaydalarına uyğun olduğunu təsdiqləyir. OAG-nin qərarı ilə İsveçrə dövləti istintaqla bağlı bütün xərcləri öz üzərinə götürür və FİFA prezidenti potensial təzminatdan imtina edərək, dəymiş ziyana görə hər hansı iddiadan imtina edib”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, FİFA-nın rəsmi saytındakı bəyanatda deyilir.

Məhkəmə prosesi 2020-ci ildən davam edirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1865

Oxşar yazılar