FIFA  ərəblərə satıldı:   Daha bir böyük turnir şeyxlərə verildi
22 oktyabr 2021 09:11 (UTC +04:00)

FIFA ərəblərə satıldı: Daha bir böyük turnir şeyxlərə verildi

0

Sentyabrın əvvəlində Yaponiya, COVID-19 pandemiyası səbəbindən 2021-ci il Dünya Kubokuna ev sahibliyi etməkdən imtina edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Yaponiyanın ardınca Cənubi Afrika Respublikası da Dünya Klub Çempionatına ev sahibliyi etməkdən imtina edib.
 
Təşkilatın rəsmi saytında verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən şeyxlər FİFA-nın köməyinə gəlib və turnirin keçirilməsinə razılıq veriblər.

Yeganə şey turnirin gələn ilin əvvəlinə təxirə salınmasıdır. Dəqiq tarix hələ məlum deyil.

Bu, Ərəbistan yarımadasında ardıcıl olaraq üçüncü Dünya Kuboku yarışı olacaq - əvvəlki iki turnirə Qətər ev sahibliyi edib.
Yeri gəlmişkən, 2022-ci ildə Qətər Dünya Kubokuna ev sahibliyi edəcək.

Klublararası Dünya Çempionatında 7 klub iştirak etməlidir.
 
Hazırda üç iştirakçı məlumdur: “Çelsi” – UEFA Çempionlar liqasının qalibi kimi, Misirin “Əl Əhli” klubu – Afrika Çempionlar liqasnın qalibi və Yeni Zelandiyanın “Oklend Siti” komandası - Okeaniya Futbol Konfederasiyası təqdim edib. Qalan 4 klub hələ müəyyənləşməyib.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1659

Oxşar yazılar