Ferstappen mövsümün ilk "Qran Prisi"ni qazandı
05 mart 2023 22:39 (UTC +04:00)

Ferstappen mövsümün ilk "Qran Prisi"ni qazandı

0

Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen bazar günü "Formula-1" üzrə 2023-cü il dünya çempionatının ilk turu olan Bəhreyn Qran Prisinin qalibi olub.

Bu barədə Lent.az beynəlxalq KİV-ə istinadən xəbər verir.

İkinci yeri “Red Bull”un digər yarışçısı - meksikalı Serxio Peres tutub, ilk üçlüyü Aston Martin komandasından ispan Fernando Alonso tamamlayıb.

"Formula-1" 2022-ci il mövsümünün vitse-çempionu, “Ferrari” pilotu monaqkolu Çarlz Lekler bolidindəki texniki nasazlıq səbəbindən 41-ci dövrədə yarışı vaxtından əvvəl başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2668

Oxşar yazılar