Fatih Terim İtaliyaya qayıdır
26 sentyabr 2023 03:17 (UTC +04:00)

Fatih Terim İtaliyaya qayıdır

0

Fatih Terim yenidən aktiv futbola qayıdır.

Lent.az xəbər verir ki, “imperator” ləqəbli məşqçinin İtaliyada işləyəcəyi iddia olunur.

70 yaşlı mütəxəssisin keçmiş komandası “Fiorentina”ya rəhbərlik etmək şansı var. 2022-ci ilin yanvar ayında “Qalatasaray”dan ayrıldıqdan bəri komanda idarə etməyən “mister” sabiq klubunun təklifinə müsbət yanaşıb. Terimin agentinin qarşı tərəflə danışıqlara başladığı bildirilir. 

Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə “Fiorentina” komandasının sükanı arxasında olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5844

Oxşar yazılar