Əmisi oğlunu  ingilis dilini   zəif bildiyinə görə tənqid etdi
24 iyun 2023 19:41 (UTC +04:00)

Əmisi oğlunu ingilis dilini zəif bildiyinə görə tənqid etdi

0

Keçmiş rusiyalı qarışıq döyüş idmançısı Həbib Nurməhəmmədov əmisi oğlu, hazırkı UFC döyüşçüsü Umar Nurməhəmmədova ingilis dilini təkmilləşdirməyi məsləhət görüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 34 yaşlı idmançı sosial şəbəkələrində qohumunun Britaniya müxbirinə müsahibə verdiyi videonu yayıb.

“İngilis dilini artıq öyrənin. Özümdən utanıram”, –Həbib paylaşıma şərh verib.

Əlavə edək ki, avqustun əvvəlində Umar Nurməhəmmədov Neşvildə (ABŞ) UFC turniri çərçivəsində ABŞ təmsilçisi Kori Sendhaüenlə rinqə çıxacaq. MMA-da karyerası ərzində 16 döyüş keçirib və 16 qələbə qazanıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov peşəkar karyerasını 2021-ci ildə başa vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2574

Oxşar yazılar