Əfsanəvi idmançı  qar kimi ağ paltarda   üzə çıxdı
06 mart 2024 12:17 (UTC +04:00)

Əfsanəvi idmançı qar kimi ağ paltarda üzə çıxdı

0

40 yaşlı Alina Kabaeva Soçiyə gəlib və burada uşaqlar üçün "Alina" xeyriyyə festivalı keçirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yarış günlərinin birində əfsanəvi idmançı səhnəyə əsl yaz görkəmində çıxıb. O, qar kimi ağ rəngli midi uzun yubka dəsti və nazik belini vurğulayan kəmərli pencək geyinib.

Festival 2009-cu ildən Kabaeva xeyriyyə fondunun dəstəyi ilə keçirilir. Bu dəfə Soçiyə təkcə Rusiyadan deyil, Çin, Almaniya, Serbiya, Meksika, Qazaxıstan və digər ölkələrdən gənc idmançılar gəlib.

2023-cü ilin sonunda Alina Kabaeva Pekində 19 ölkədən idmançıların bədii gimnastika üzrə turnirini təşkil edib.

İdmandan ayrıldıqdan sonra Kabaeva iki ali təhsil alıb və yeddi il Dövlət Dumasında çalışıb. O, bir televiziya aparıcısı kimi də özünü sınayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4305

Oxşar yazılar