Dünyanın indiki  ən gözəl   6 idmançısı -  FOTO
02 may 2022 15:28 (UTC +04:00)

Dünyanın indiki ən gözəl 6 idmançısı - FOTO

0

Etiraf edək ki, bu siyahını hazırlamaq çox çətindir. Ona görə ki, dünyada gözəl-göyçək idmançı xanımlar kifayət qədərdir.

Beləliklə, Lent.az xarici mediaya istinadla hazırda dünyanın ən gözəl 6 idmançısının siyahısını təqdim edir. Ola bilsin ki, onların arasında sizin də  sevimliləriniz var.

Aleks Morqan

Aleks Morgan - futbolçu, Olimpiya qızıl mükafatçısı və qadınlar arasında Dünya Kuboku çempionudur. O, 2011-ci ildə 22 yaşında FIFA Qadınlararası Dünya Kubokunda ABŞ milli komandasının ən gənc oyunçusu olub. Aleks dünyanın ən güclü qadın idmançılarından biridir.

Bundan əlavə, o, ən çox maaş alan qadın idmançılardandır.

Bler O'Nil

Bler peşəkar qolfçu, model, “Cobra-Puma” şirkətinin əməkdaşı və “Golf Channel” kanalındakı “Big Break: Dominican Republic" şousunun qalibidir. O, həm də idman aparıcısıdır və sosial şəbəkələrdə çoxlu sayda pərəstişkarı var.

Gözəl idmançı qolf oynamağa 11 yaşında ikən başlayıb. İndi o, ən seksual idmançılardan biridir. 

Ejeni Buşar

Ejeni Buşar bir neçə reytinqdə ən seksual, ən gözəl və arzuolunan idmançı qadınları arasında yer alır. 

28 yaşlı kanadalı tennisçi indiki idmançı gözəllərin siyahısında da öz yerini tutub.

İvona Dadiç

Bosniya əsilli avstriyalı yüngül atlet İvona Dadiç də siyahımızdadır.

O, 2012 və 2020-ci illər Yay Olimpiya Oyunlarında iştirak edib və 8-ci yeri tutub. Bundan əlavə, o, “Xorvatiya diasporunun ən yaxşı qadın idmançısı” mükafatına layiq görülüb.

Sidni Leru

31 yaşlı peşəkar futbolçu Sidni Leru ən gözəl qadın idmançılar siyahısında yer almağa sadəcə məcburdur. O, həm də Olimpiya qızıl medalçısıdır. 

Hücumçu kimi o, hazırda Qadınların Milli Futbol Liqasında mübarizə aparan “Orlando Prayd” komandasında oynayır.

Peyc Spiranak

28 yaşlı peşəkar qolfçu sosial şəbəkələrdəki fəaliyyəti və qolf oynamaq bacarığı ilə tanınır.

Əsasən, o, bir neçə min abunəçisi və yüzdən çox təlimat videosu olan bir “YouTube” kanalında qolf üzrə təlimatçıdır.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3481

Oxşar yazılar