Dünya çempionu  müharibədə   öldü
05 fevral 2024 09:46 (UTC +04:00)

Dünya çempionu müharibədə öldü

0

Ukraynalı pauerliftinq üzrə dünya çempionu Aleksandr Belokon Rusiyanın bu ölkəyə qarşı apardığı müharibə zonasında ölüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qeyd olunur ki, idmançının 32 yaşı var idi, o, 2023-cü ilin martında Ukrayna ordusuna səfərbər olunub.

“Aleksandr Ukraynanın ən güclü adamlarından biri idi. Hələ 2017-ci ildə Odessanın mərkəzində o, adamla dolu traktoru hərəkət etdirməsinə görə Ukrayna rekordu vurmuşdu”, - Güləş Assosiasiyasının rəhbəri Vadim Kisil vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4576

Oxşar yazılar