Dünya çempionatı hələ başlamasa da, artıq qalmaqallar qeydə alınmaqdadır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu dəfə təşkilatçılar danışılmış oyunlar təşkil etməkdə ittiham olunublar.
Britaniya Yaxın Şərq Araşdırmaları Mərkəzinin regional rəhbəri Amjad Taha bildirib ki, dünya çempionatının açılış oyunu ədalətsiz hesabla nəticələnə bilər.
“Qətər dünya çempionatının ilk oyununda 1:0 hesablı məğlubiyyətə görə 8 ekvadorlu futbolçuya 7,4 milyon dollar rüşvət verib, qo ikinci hissədə vurulacaq.
Qətər və Ekvadordan olan beş insayder bunu təsdiqləyib. Ümid edirik ki, bu yalandır. Ümid edirik ki, bu faktın yayılması vəziyyətə təsir edəcək. Dünya FİFA-da korrupsiya qarşı mübarizə aparmalıdır”, – Taha yazıb.
Xatırladaq ki, DÇ-2022-nin açılış oyunu Qətər və Ekvador milli komandaları arasında noyabrın 20-də keçiriləcək.
Bundan əvvəl mundialda canlı yayım zamanı işləməsinə mane olan Danimarkadan olan jurnalistlərlə qalmaqal yaşanmışdı.