DÇ-2022:   Danimarka Tunisi məğlub edə bilmədi
22 noyabr 2022 19:07 (UTC +04:00)

DÇ-2022: Danimarka Tunisi məğlub edə bilmədi

0

Dünya çempionatının qrup mərhələsinin ilk turunun oyununda Danimarka yığması Tunis yığması ilə heç-heçə oynayıb.

Lent.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb, komandalar bir-birinin qapısına yol tapa bilməyib.

Bundan əvvəl Argentina Səudiyyə Ərəbistanına məğlub olaraq turnirin ilk sensasiyasını yaşayıb (1:2).

Danimarkalılar və tunislilərlə birlikdə Fransa və Avstraliya da D qrupunda yer alıb. Onların arasında görüş noyabrın 22-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2054

Oxşar yazılar