Cinsi zorakılıqda ittiham olunan "Barselona"nın və "Yuventus"un keçmiş müdafiəçisi Dani Alveşin anası Lusiya Alves oğluna dəstək olub.
“Ailəm mənim həyatımdır, onu sonsuza qədər sevirəm. Oğlumun həbsdə olduğunu bilirəm, amma onu sevirəm. Allah bizi birləşdirdi. Bizi heç kim ayırmayacaq. Bilirəm ki, insanlar oğlumdan beziblər, Yəhuda xainləri onu məndən aldılar, amma mənim Allaha olan inamım götürülə bilməz, mən güclü olaraq qalıram”, - Lent.az xarici mediaya istinadən bildirir ki, futbolçunun anası sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, braziliyalı müdafiəçi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir. Bu iş üzrə məhkəmənin vaxtı məlum deyil.
Dani Alveşin son oynadığı yer Meksikanın “Puma” klubu idi və müdafiəçi ilə müqaviləyə xitam verib.