Cüdoçularımız Avropa çempionatında  4 qızıl medal   qazandı
23 iyun 2023 00:11 (UTC +04:00)

Cüdoçularımız Avropa çempionatında 4 qızıl medal qazandı

0

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

Lent.az xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2809

Oxşar yazılar