Çempionlar Liqasının finalçısı   "Nyukasl"la müqaviləni uzatdı
19 yanvar 2023 18:19 (UTC +04:00)

Çempionlar Liqasının finalçısı "Nyukasl"la müqaviləni uzatdı

0

"Nyukasl"ın alman qapıçısı Loris Karius klubu ilə müqaviləsini bu mövsümün sonuna qədər uzadıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, klubun mətbuat xidmətindən  verilən məlumata görə, futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədər uzadılıb.

Xatırladaq ki, futbolçu komandaya 2022-ci ilin sentyabrında qoşulub və o vaxtdan bəri bir dəfə də olsun oyun keçirməyib.

Karius əvvəllər "Liverpul"da oynayıb və "qırmızılar"la Çempionlar Liqasının finalına çıxıb. 2018-ci ildə mersisaydlılar “Real”a, o cümlədən qapıçının gülünc səhvlərinə görə uduzublar.

"Nyukasl" 38 xalla Premyer Liqa turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1980

Oxşar yazılar