“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə cavab oyununda (7:0) penta-trik edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 22 yaşlı hücumçu turnir tarixində bir oyunda beş qol vuran üçüncü futbolçu olub.
Əvvəllər Lionel Messi bunu "Bayer"lə görüşdə "Barselona"da oynayarkən bacarmışdı. Ondan başqa “Şaxtyor”un keçmiş futbolçusu Luis Adriano BATE-nin qapısına beş qol vurub.
Əlavə edək ki, "Mançester Siti" Çempionlar Liqasında "Leyptsiq"i ümumi hesabla 8:1 məğlub edərək 1/4 finala yüksəlib.