CAS Rusiyanın müraciətini rədd etdi
11 yanvar 2023 04:02 (UTC +04:00)

CAS Rusiyanın müraciətini rədd etdi

0

İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsi (CAS) bu gün Rusiya komandalarının FIFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı Rusiya Futbol İttifaqının (RFI) müraciətini rədd edib.

Lent.az xəbər verir ki, CAS-ın fikrincə, Rusiya millisinin və yerli klubların fəaliyyətini dayandırmaq qərarı "dünyada yarışların təhlükəsizliyini təmin etmək üçün ağlabatan idi".

Xatırladaq ki, ötən ilin fevralın 28-də Rusiya klubları və milli komandaları Ukraynada baş verən hadisələrə görə FIFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Qeyd edək ki, RFİ 30 gün ərzində FIFA və UEFA-nın çıxardığı qərardan İsveçrənin Ali Məhkəməsinə müraciət etməyi düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1717

Oxşar yazılar