“Böyük beşlik”də ən çox qol vuran klublar -  SİYAHI
04 mart 2022 19:10 (UTC +04:00)

“Böyük beşlik”də ən çox qol vuran klublar - SİYAHI

0

Avropanın “böyük beşlik” ölkələrində ən sərrast 10 komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahı komandaların cari mövsüm daxili çempionatda vurduğu qol sayına görə müəyyənləşib.

Cədvələ “Bavariya” başçılıq edir. Münhen təmsilçisi Bundesliqanın geridə qalan 24 oyununda 75 qol vurub. “Bavariya”nı Premyer Liqanın 26 görüşündə 70 dəfə fərqlənən “Liverpul” izləyir.

“Barselona”, “Çelsi”, “Yuventus” kimi klubların düşmədiyi ilk “10-luq”da İtaliyanın 4 təmsilçisi yer alıb.

“Top-5” liqalarda ən çox qol vuranlar:

1. “Bavariya” (Almaniya) - 75 qol

2. “Liverpul” (İngiltərə) - 70

3-4. “Mançester Siti” (İngiltərə) - 64

3-4. “Borussiya” (Almaniya) - 64

5. “Bayer” (Almaniya) - 63

6. PSJ (Fransa) - 56

7. “İnter” (İtaliya) - 55

8. “Latsio” (İtaliya) - 54

9. “Milan” (İtaliya) - 53

10-11. “Verona” (İtaliya) - 52

10-11. “Real” (İspaniya) - 52

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2068

Oxşar yazılar