Boksçularımız Avropa çempionatının  finalında
20 mart 2022 22:28 (UTC +04:00)

Boksçularımız Avropa çempionatının finalında

0

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha bir üzvü finala yüksəlib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Nicat Hüseynovun (51 kq) ardınca Ruslan Qədirov (54 kq) da yarımfinal döyüşünü qələbə ilə başa vurub.

Boksçumuz Elmir Nəbiyevə (Ukrayna) 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb. O, final görüşünə martın 23-də çıxacaq.

Qeyd edək ki, yığmamızın daha 2 boksçusu bu gün yarımfinal mərhələsi çərçivəsində rinqə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2157

Oxşar yazılar